RU

COP29 çərçivəsində transsərhəd su idarəçiliyi müzakirə edildi

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu (COP29) sessiyası çərçivəsində "Birləşmiş ƏrəbƏmirliklərinin Qlobal İqlimə Dayanıqlılıq Çərçivəsi üzrə TərəqqininTəminində İqlim Məlumatlı Transsərhəd Su İdarəçiliyinin Rolu"mövzusunda tədbir təşkil olunub.

Trend xəbər verir ki, bubarədə tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirininmüavini Vüqar Kərimov bildirib ki, bu gün bütün dünyada müzakirəolunan qlobal məsələlərdən biri də su problemləridir.

Qeyd olunub ki, iqlim dəyişikliyinin təsiri ilə suehtiyatlarının azalması, kənd təsərrüfatı və içməli su təminatıüçün ciddi çağırışlar yaradır:

"Dünyada təxminən 2 milyard insan təmiz suya çıxış imkanındanməhrumdur. Əhalinin artımı, şəhərləşmə, qeyri-səmərəli suistifadəsi və çirklənmə su azlığını daha da dərinləşdirir.

Azərbaycan, təbii su resursları məhdud olan bir ölkə olaraq, suehtiyatlarının dayanıqlı istifadəsini prioritet olaraq qəbul edir.Bu kontekstdə, ölkəmiz su resurslarının qorunması və səmərəliistifadəsi istiqamətində mühüm addımlar atıb.

Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 15 apreltarixli 1986 nömrəli Sərəncamı ilə Su ehtiyatlarından səmərəliistifadə üzrə Komissiyanın yaradılması və 2023-cü il tarixliSərəncamla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təsisedilməsi, həmçinin "Su ehtiyatlarından səmərəli istifadəyə dairMilli Strategiya"nın qəbul edilməsi, ölkəmizin su məsələlərinəgöstərdiyi diqqətin bariz nümunəsidir.

Biz bu istiqamətdə mühüm irəliləyişlər əldə etsək də, qarşıdahələ də qlobal iqlim dəyişiklikləri və suya artan tələb kimi ciddiçağırışlar mövcuddur. Gələcəkdə, suyun təkrar istifadəsi, yaşıltexnologiyaların tətbiqi və regional əməkdaşlıq vasitəsilə buçağırışların öhdəsindən gəlməyi hədəfləyirik.

Azərbaycan da daxil olmaqla bir çox ölkə, su ehtiyatlarınınazalması və qeyri-bərabər paylanması ilə bağlı problemlərləqarşılaşır. Su resurslarının məhdudluğu və qeyri-bərabərpaylanması, transsərhəd çaylar və su hövzələri üzrə ortaq idarəetməvə koordinasiyalı tədbirləri şərtləndirir. Bu əməkdaşlıq yalnız suehtiyatlarının dayanıqlı istifadəsini təmin etməklə deyil, həm dəiqlim dəyişikliyinin təsirlərinə qarşı birgə həll yollarınınişlənib hazırlanması üçün əsasdır".

Nazir müavini bildirib ki, dünyadakı su hövzələrinin təxminən60%-i iki və ya daha çox ölkənin sərhədindən keçir və 150-dən çoxölkə bu resurslardan asılıdır. Belə su ehtiyatları təkcə insanlarıngündəlik ehtiyaclarını deyil, həm də kənd təsərrüfatı, enerji vəsənaye kimi sahələri dəstəkləyir.

"İqlim dəyişikliyi ilə əlaqəli su problemləri, qlobal miqyasdadövlətlər və təşkilatlar arasında əməkdaşlığın zəruriliyini önplana çıxarır.

1992-ci ildə qəbul edilən BMT-nin Avropa İqtisadi Komissiyasının“Transsərhəd Su Axınları və Beynəlxalq Göllərin Mühafizəsi vəİstifadəsi haqqında Konvensiya”sı transsərhəd su ehtiyatlarınındayanıqlı və səmərəli idarə olunmasını təmin etmək üçün mühümbeynəlxalq hüquqi çərçivə yaratmışdır.

Azərbaycan üçün transsərhəd sular məsələsi stratejiprioritetlərdən biridir. Ölkəmiz Həkəriçay, Bərgüşadçay, Oxçuçay,Kür və Araz çayları kimi böyük transsərhəd su hövzələrinin aşağıaxınında yerləşir və bu çayların suları Xəzər dənizinə tökülərəkregion ölkələrinin sosial-iqtisadi inkişafında mühüm roloynayır.

Uzun illərdən bəri Oxçuçayın Ermənistan ərazisində ciddiçirklənməyə məruz qalması, bütün regionun ekosisteminə və sutəhlükəsizliyinə ciddi təhdid yaradır.

Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunmasısahəsində beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq birgəfəaliyyətlərə önəm verir və 2000-ci ildən BMT-nin Su Konvensiyasınaüzvdür. Təəssüf ki, regionda digər ölkələrin Su Konvensiyasınaqoşulmaması, transsərhəd əməkdaşlığını mümkünsüz edir və sularındayanıqlı idarə olunması imkanlarını məhdudlaşdırır.

Ölkəmizin transsərhəd su ehtiyatlarının idarə edilməsi sahəsindəüzləşdiyi çağırışlar nəzərə alınarsa, bu üzvlük strateji əhəmiyyətkəsb edir. Xüsusilə, Azərbaycanın su ehtiyatlarının təxminən70%-nin transsərhəd çaylardan formalaşdığı bir mühitdə, beynəlxalqhüququn təmin etdiyi əməkdaşlıq imkanları çox vacibdir.

Transsərhəd suların ədalətli və dayanıqlı idarə olunması yalnızvahid ölkənin deyil, bütün regionun məsuliyyətidir. Buna nail olmaqüçün birgə səylərimizi gücləndirməliyik.

Bu gün burada toplaşmağımız sübut edir ki, biz birlikdə hərəkətetməyə, biliklərimizi və təcrübələrimizi paylaşmağa hazırıq. Mənəminəm ki, bu tədbirdə aparılan müzakirələr transsərhəd sularınidarə olunması sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq vəbütün region üçün dayanıqlı gələcək qurulmasına töhfə verəcək", - oəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
5
2
az.trend.az

3Источники