RU

Debitor hesablar üzrə mühasib - VAKANSİYA

"Norm" ASC, Debitor hesablar üzrə mühasib vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

Tələblər:

  • İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
  • Mühasibatlıq üzrə diplom; 
  • Mühasibatlıq üzrə üzrə 2 ildən artıq iş təcrübəsi; 
  • İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək;
  • Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
  • ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilərin olması üstünlükdür;
  • SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır.

Vəzifə və öhdəliklər:

  • Ödəniş və digər gəlir hesablarının adekvat şəkildə idarə olunması, habelə dəqiq surətdə və vaxtında başa çatdırılması üçün əməliyyatların uçotunun aparılması, hesabların təhlili və  əsas hesabların tutuşdurulmasının təmin edilməsinə cavabdehlik;
  • Müştəri/təchizatçı arasında baş verən mübahisələr, hesab və qalıqların təhlili, proses və ya sistemlə bağlı məsələlər və s. meydana çıxan müxtəlif problemlərin həllinə köməklik etməklə departament rəhbərliyinə dəstək verir;
  • Müştəri hesab-fakturalarının sistemə daxil edilməsi, satış hesabatı və satışla bağlı vergilər;
  • Bütün müştəri hesab-fakturalarının və ödənişlərinin ERP sistemində düzgün kodlaşdırılmasının təmin edilməsi;
  • Müştəri ödənişlərinin qeydiyyata alınması və təşkili;
  • Müştəri suallarının cavablandırılması;
  • Müştəri müraciətlərinə baxılması və lazım gələrsə hesablardakı uyğunsuzluqların aradan qaldırılması;
  • Debitor borclar və müştəri xidmətləri ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili, üzləşmələrin aparılması və idarə olunması;
  • Pul vəsaitlərinin dəqiqliyinin və satışla bağlı uyğunlaşdırmaların vaxtında yerinə yetirilməsinin təmin olunması;
  • Departamentdə yeni və möcud siyasətlər və prosedurlara riayət olunması və dəstəklənməsi;
  • Ayın sonunda mühasibat uçotu hesablarının bağlanmasına və maliyyə hesabatlarının tamamlanmasına dəstək;
  • Lazım gələrsə mühasibatlıqla bağlı digər layihələrin dəstəklənməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Zemfira Ms
Fins.az

Избранный
3
2
fins.az

3Источники