RU

Jurnalistlər DSX-nin "Şəmkir" Sərhəd Dəstəsinin qərargahında – FOTO

Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Sərhəd Qoşunları Komandanlığının "Qazax" Əlahiddə Sərhəd Diviziyası və "Şəmkir" Sərhəd Dəstəsinin xidməti ərazisinə mediatur təşkil olunub. 

Bizim.Media xəbər verir ki, tədbirdə iştirak edən media nümayəndələri ilkin olaraq DSX-nin "Şəmkir" Sərhəd Dəstəsinin qərargahında olublar. 
 

Jurnalistlərə sərhədçilərin fəaliyyəti, silahlanmada olan silah-sursat, hərbi texnika, dövlət sərhədinin mühafizəsində ve müdafiəsində istifadə olunan cihazlar, xidməti heyvanlar barədə ətraflı məlumat verilib. Həmçinin mediatur iştirakçıları şəxsi heyətin xidmət və məişət şəraiti ilə də tanış olublar. 


Qeyd edək ki, mediatur "Qazax" Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində davam edecek. 






























Bizim.Media

Избранный
26
7
bizim.media

10Источники