RU

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Azərbaycan kapitalıilə 166 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrüilə müqayisədə 58 şirkət azdır.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından(TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycanşirkətlərinin məcmu kapitalı 290 milyon 740 min türk lirəsi olduğuhalda, 2023-cü ilin eyni dövründə bu rəqəm 435 milyon 970 min türklirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayındaAzərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (144) qeydiyyataalınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumikapitalı 120 milyon 910 min türk lirəsi təşkil edib”, – deyəTOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında TürkiyədəAzərbaycan kapitalı ilə 84 ticarət şirkəti qeydiyyata alınıb. Qalanşirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Избранный
4
2
az.trend.az

10Источники