RU

Azər Bağırov: "Məğlubiyyətlərin hamısı məyusluq yaradır"

"Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan "Kəpəz"in xal qazanması idi".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 14-cü turunda "Araz-Naxçıvan"a 0:2 hesablı məğlubiyyəti şərh edib: "Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Sadəcə olaraq qol vura bilmədik. Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik".

Qeyd edək ki, "Kəpəz" 9 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

İdman.biz

Избранный
7
1
idman.biz

8Источники