RU

10 ayda aqrar sektorda 63 milyon manatdan çox güzəştli kredit verilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8726 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 43,1 faiz üstələyir.

FED.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk 10 ayında aqrar sektorda fəaliyyət göstərən 3360 fiziki və hüquqi şəxsə 63,4 milyon manat məbləğində güzəştli kredit verilib. Verilən kreditlərin 48,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1 milyon manatı güzəştli kreditlər, 14,1 milyon manatı isə mikrokreditlərdir.

Избранный
33
3
fed.az

5Источники