“Ukraynada cəbhə xətti dağılmaq üzrədir”.
Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Müharibənin gedişini təhlil edən ekspertlərin sözlərinə görə, Ukrayna qoşunları təxminən üç il davam edən müharibə nəticəsində tükənib:
“Ukrayna ordusu canlı qüvvə və texnika çatışmazlığından əziyyət çəkir. Rusiya Silahlı Qüvvələri isı bir-birinin ardınca yaşayış məntəqələrini ələ keçirir. Kiyev üçün vəziyyət Kursk vilayətinə hücumdan sonra daha da pisləşdi. İndi Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri sərhəd bölgələrində ilişib qalıb, ona görə də cəbhənin daha mühüm hissələrini gücləndirmək iqtidarında deyillər”.
Qeyd edək ki, Ukrayna ordusu avqustun əvvəllərində Rusiyanın Kursk vilayətinə daxil olaraq, bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта