RU

Bu universitetin təmirinə 790 min manat sərf olunacaq

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kompleksində təmir işləri həyata keçiriləcək.

Hurriyyet.az Trend-ə istinadən xəbə verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "NN Constraction" MMC-yə həvalə edib və onunla dəyəri 791.264,3 AZN (791 min 264 manat 3 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "NN Constraction" MMC-nin qanuni təmsilçisi Niyaməddin Cəlil oğlu Məcidzadədir.

Избранный
8
14
hurriyyet.az

10Источники