RU

Stanislav Tkaçenko: “Azərbaycan Cənubi Qafqazın lideri olduğunu təsdiqlədi”

Ötən gün Bakıda postsovet məkanında indiyə qədər təşkil edilmiş ən böyük beynəlxalq siyasi sammit - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 29-cu sessiyası öz işini uğurla başa vurdu.

COP29 BMT Baş Konfransından sonra dünya liderlərinin ikinci ən böyük illik toplantısıdır. Bu tədbirdə qəbul edilən qərarlar təkcə hansısa ölkənin yox, bəşəriyyətin düzənini dəyişdirir. Təsadüfi deyil ki, hələ də dünya ölkələri, Beynəlxalq təşkilatlar və aparıcı ekspertlər COP29-da müzakirə edilən məsələlərdən danışır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Rusiya mətbuatına açıqlama verən professor, “Valday” Beynəlxalq Diskussiya Klubunun üzvü Stanislav Tkaçenko iki həftə ərzində Azərbaycanın dünyanın tam diqqət mərkəzində olduğunu vurğulayıb:
 

“Dünya liderləri Azərbaycanın Konfransın ev sahibi kimi planlaşdırdığı çox aktual məsələləri müzakirə etmək üçün Bakıya gəlmişdilər. Azərbaycan öz dialoqlarında effektiv orta xətt tutmağı bacardı. Ümid edirəm ki, COP29-da irəli sürülən iqlim gündəliyinə ədalətli yanaşmaya doğru hərəkət davam edəcək.


Rusiya Azərbaycanın Konfransda sədrliyinə və COP29-un təşkilinə çox yüksək qiymət verir və mən bu qiymətləndirmə ilə razıyam ki, Bakıda 29-cu sessiyanın mövzusu çox çətin idi.

Məlumdur ki, inkişafın iqtisadiyyatı, dördüncü enerji keçidinin ona təsiri və ətraf mühitlə bağlı hər şeyin müzakirəsi artıq inkişaf etməkdə olan ölkələrin xeyrinə resursların yenidən bölüşdürülməsi üçün effektiv modellər hazırlamaq vacibdir. Azərbaycan məhz bu mövqeyi açıq şəkildə ifadə edə bildi. Bir tələb kimi qoyuldu ki, zəngin dövlətlər iqlim dəyişikliyi ilə mübarizədə yoxsullara kömək etməlidir.

COP29 zamanı Azərbaycan özünü yaxşı təşkilatlanmış, gənc və dinamik bir dövlət kimi göstərdi. Doğrudan da Bakı son 20 ildə şəhər infrastrukturunu əsaslı şəkildə yeniləyib.

Dünyanın aparıcı şəhərləri ilə rəqabət apara biləcək bir hala gəlib. Ən əsası Azərbaycan bu günlərdə özünü çox müasir dövlət və Cənubi Qafqazda şəksiz lider olduğunu təsdiqlədi”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
41
50
bizim.media

10Источники