RU

“Bir aydır ki, Dadonu bloka atmışam, danışmırıq” - Natavan

Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı, reper Dado haqqında etiraflar edib.
 
Sənətçi "Zaurla Günaydın" verilişində son günlər küsülü olduqlarını deyib:
 
"Dadonu "qara siyahı"ya atmışam. 4 həftədir bir-birimizi qırmışıq. Özünü yaxşı aparsa, çıxararam, zəng edər. Hər şey yaxşıdır. Belə münasibəti davam etdirmək çətindir. Yaxşı ki, eyni camiyədənik. Bir-birimizi hardasa anlayırıq. Evlənəndə fikirləşirdim ki, ondan yaxşı məni anlayan olmaz. Əsasən də rep azadlıqdır. Söhbətlərimiz onun üstündə başlamışdı ki, studiyaya keç".
 
Natavan Dadonun oğlu Zeydlə münasibətindən danışıb:
 
"Bir-birlərini çox istəyirlər. Hər gün atasını soruşur, onu öyrədən də yoxdur. Onların arasına girmək yaxşı olmaz. Atasız böyümüşəm, atasızlıq nədirsə yaxşı bilirəm. Atasızlıq mənə qadının vücudunda kişi olmağı öyrətdi".  (Axşam.az)
 
Избранный
7
5
moderator.az

6Источники