RU

Premyer Liqada 250-ci oyununu keçirdi

style='margin-bottom:10px;'>

Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. 

QOL.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

“Sabah”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Qeyd edək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.
 

Избранный
4
16
teleqraf.com

10Источники