RU

Azərbaycanda 12 yaşlı qızı zorla ərə verdilər - DETALLAR

Azərbaycanda 12 yaşlı qız məcburi ərə verilib.

 

Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb. Sözügedən azyaşlının hekayəsi sosial mediada paylaşılıb.

 

“Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qız 12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilib. Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır. Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından ağır olub. Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılıb. Həkimlər uşağın ana bətnində öldüyünü bildiriblər. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirib. Lakin dərdi bununla bitməyib – doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalıb. Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırıblar, bu da qızı mənəvi cəhətdən məhv edib”.

 

Məlumata görə, qız 14 yaşında ikinci dəfə ana olub:

 

“Yenə də azyaşlı olduğu üçün doğuş ev şəraitində həyata keçirilib. Yaşadıqları ağır şərtlər və qeyri-insani təzyiqlər onu həyatdan daha çox küsdürüb. Keçən ildən ərindən qeyri-rəsmi olaraq ayrı yaşamağa başlayıb, lakin rəsmi nikahları hələ də qüvvədədir. Çünki 18 yaşı tamam olduqda onu nikaha məcbur ediblər. Əri ondan 10 yaş böyük olub, lakin anası yenə də qızını qorumaq əvəzinə bu izdivaca razılıq verib. Bu acı dolu həyat hekayəsi, təəssüf ki, hələ də davam edir”.

 

Günay 
 

Избранный
2
26
sfera.az

4Источники