Fransada qeyri-qanuni miqrantların sayı sürətlə artır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Məlumata əsasən, qeyri-qanuni mühacirlərin sayının artması ölkədə qanuni yaşayan əcnəbilərin sayının artımını üstələyir ki, bu da 10 il ərzində 34% təşkil edib.
Bildirilib ki, bu narahatedici dinamika Fransada miqrasiya haqqında yeni qanununun müzakirəsi obyektinə çevrilə bilər.
Fransa hakimiyyəti 2025-ci ildə yeni miqrasiya qanunu qəbul etməyi planlaşdırır. Yeni tənzimləmə tələbləri sentyabr ayında 19 yaşlı fransız tələbənin qeyri-qanuni miqrant tərəfindən öldürülməsindən sonra yaranıb.