RU

Azərbaycanın mina problemi III Avropa Konfransında

Dekabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərində Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib.

Nazir Azərbaycanın COP29-a sədrliyi, ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrə təşəbbüsləri, habelə postmünaqişə dövründə bölgədə vəziyyət barədə danışıb. Onlarla təşəbbüs və əhəmiyyətli tədbirlərlə yanaşı, COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfə üstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədinin qəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun növbəti ildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ən əhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib. İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkəmizin beynəlxalq tərəfdaş və təşkilatlarla birgə irəli sürdüyü 9 təşəbbüsdən danışan nazir bu təşəbbüslərə geniş maraq olduğunu, çoxsaylı ölkələrin təşəbbüslərə qoşulduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan olunan qlobal təşəbbüslərin iqlim dəyişikliyinin müxtəlif aspektləri, o cümlədən diqqətdən kənarda qalan problemlərə vurğu edilməsi baxımından əhəmiyyəti bildirilib.

Ölkəmizə qarşı əsassız iddia və “neft-qaz ölkəsi” bəhanəsi altında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq, COP29-un uğurla həyata keçirildiyi və iqlim dəyişikliyi ilə mübarizə səylərinə vacib töhfə olduğu qeyd edilib.

C.Bayramov, həmçinin ölkəmizin bərpaolunan enerjisi potensialı, işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib.

Orta Dəhlizin inkişafından, Azərbaycan vasitəsilə keçən əmtəələrin həcminin artımından danışan nazir nəqliyyat və kommunikasiyalar sahəsində imkanlardan istifadənin vacibliyini qeyd edib.

Nazir ATƏT Nazirlər Şurası çərçivəsində aparılmış müzakirələr, təşkilat çərçivəsində mövcud problemlər və perspektivlərdən söhbət açıb.

C.Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verib. Sülh müqaviləsinin layihəsi, həmçinin delimitasiya prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin sülh gündəliyinə hədə törətdiyi bildirilib.

Sonra nazir tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

***

Həmin gün xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.

XQ

Избранный
36
13
xalqqazeti.az

9Источники