RU

Nicat İmanov: Naxçıvanda gələn il üçün vergi güzəştlərinə dair yeni layihələrin icrası gözlənilir

Bu gün “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, eyni zamanda, dövlət-biznes dialoq platformasının növbəti mərhələsi çərçivəsində görüş keçirildi. Görüş zamanı muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfə verən, əlverişli biznes mühiti prioritetindən irəli gələrək vergi və digər dövlət dəstək tədbirləri haqqında müzakirələr aparıldı. Eyni zamanda, hədəf baxışlarımız və təklif etdiyimiz yeni layihənin elementlərini sahibkarlar, dövlət qurumu nümayəndələri və media nümayəndələri ilə bölüşdük. Qeyd edim ki, Dövlət Proqramında işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulmuş vergi güzəştlərinin eynisinin Naxçıvan Muxtar Respublikasına da tətbiqi nəzərdə tutulur. Eyni zamanda, sosial sığorta sahəsində də dövlət dəstək tədbirlərinin təqdim edilməsi plandadır.

Избранный
25
1
operativmedia.az

3Источники