RU

Əsəd rejimi çökdü: Suriya 3 yerə parçalana bilər

CHP-nin Xarici Siyasətə Cavabdeh Sədr Müavini, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın gələcəyində üç böyük toqquşma riskinin olduğunu bildirib.

Milli.Az xəbər verir ki, Uzgel, Heyət Tahrir Əl-Şamın (HTŞ) daxili münaqişələrə səbəb ola biləcəyini, xüsusən də qənimət paylaşımı və kiçik təşkilatlar arasındakı rəqabət səbəbindən toqquşmalar yaşaya biləcəyini qeyd edib.

İkinci risk olaraq, PYD ilə HTŞ arasında neft bölgələrinin nəzarəti mövzusunda gərginliyin arta biləcəyini bildirib. Üçüncü risk isə HTŞ ilə Suriya Milli Ordusu arasında birbaşa toqquşma ehtimalıdır.

Esəd rejiminin çökməsi və cihadçı qrupların hakimiyyətə gəlməsi
27 noyabrda başlayan qarşıdurmalardan sonra bu gün Heyət Tahrir Əl-Şamın (HTŞ) rəhbərliyi altında olan cihadçı qruplar Dəməşqə daxil olub. Cihadçıların Suriyada hakimiyyəti ələ keçirdiyi və Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etdiyi bildirilib.

Rusiyanın Xarici İşlər Nazirliyi isə açıqlamasında, "Əsədin cihadçılarla danışıqlar apardığını" təsdiqləyərək, "Bu danışıqlar nəticəsində Əsəd hakimiyyəti dinc yolla təhvil vermək üçün təlimat verərək istefa qərarı alıb və ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib," ifadələrini işlədib.

Uzgel bildirib: "Əsas məqsəd Suriyanın İran və Əsədsizləşdirilməsi idi. Bu məqsəd böyük ölçüdə həyata keçirildi. İranın artıq yenidən Suriyada nüfuz əldə etməsi, ora militantlar göndərməsi və Hizbullahın Suriyada yenidən möhkəmlənməsi çətinləşib. İranın Aralıq dənizi ilə əlaqəsi kəsilib."

Lalə Qüdrətova
Milli.Az

Избранный
37
20
milli.az

10Источники