AZ

"Əsəd dedi ki, gəlsəniz, bu ölkə bizi vuracaq"

Bəşər Əsəd bizə onun köməyinə getməyimizə icazə vermədi, nəinki xahiş etdi, hətta getməyimizdən də narahat oldu və dedi ki, gəlsəniz, İsrail bizi vuracaq.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu SEPAH komandiri Məhəmmədcəfər Əsədi deyib.

O, Əsədin devrilməsindən sonra İsrailin bu ölkənin bütün hərbi infrastrukturunu məhv edəcəyini bildirib.

SEPAH komandiri Türkiyənin Suriya ilə bağlı siyasətini tənqid edib:

"Türkiyə NATO-nun bir hissəsidir və biz bu ölkəni Amerika və Avropadan ayrı görməməliyik. Türkiyə də onların bir parçasıdır və Amerikaya xidmət edir. Amerika da pərdə arxasındadır və bu işlərə pul xərcləyir".

Qeyd edək ki, "Heyət Təhrir əş-Şam" 8 dekabrda Dəməşqi ələ keçirib və Əsəd rejiminə son qiyub. Bəşər Əsəd isə ailəsi ilə birgə Rusiyaya qaçıb.

Milli.Az

Seçilən
34
20
milli.az

10Mənbələr