AZ

Əsəd rejiminin qanlı üzü: Divarlardakı rəsmlər - FOTO

Əsəd rejiminin süqutundan sonra rejim tərəfindən işgəncələrə məruz qalaraq öldürülən 50-yə yaxın insanın meyiti tapılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Suriyada devrilmiş Baas rejiminin yüz minlərlə insana işgəncə verdiyi, edam etdiyi və həbsxanalarda saxladığı müəyyən edilib. Sorğusuz saxlanılan minlərlə insandan illərdir xəbər yox idi. Bəşər Əsədin devrilməsindən qısa müddət sonra rejim tərəfindən işgəncələrə məruz qalaraq öldürüldüyü anlaşılan 50-yə yaxın adamın meyiti tapılıb.

Cəsədlər paytaxt Dəməşqin əl-Müctəhid xəstəxanasına gətirilib. Adı açıqlanmayan, kəfənlərində həbsxana məcəllələrinə uyğun nömrələr yazılan meyitlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Əl-Müctəhid xəstəxanasının zirzəmi otaqlarında yan-yana düzülmüş cəsədlərdə işgəncə izləri aşkar edilib. Bəzilərinin gözləri çıxarılıb, bədən üzvləri kəsilib. Onların bir çoxunda qançırlar və göyərmələr var. Adı açıqlanmayan meyitlərin fotoları çəkilib. Bu fotoşəkillər xəstəxananın xarici divarından asılıb. Xəstəxanaya tələsik gələn onlarla insan asılmış meyitlərin fotolarından illərdir xəbər almadıqları qohumlarını tanımağa çalışıblar.

Fotoşəkillərə baxanlar göz yaşlarına boğularkən, itkin qohumları olan bəzi ailələr cəsədlərin tapıldığı otaqlara gedərək onların şəxsiyyətini müəyyənləşdirməyə çalışıblar.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
50
20
milli.az

10Mənbələr