AZ

Əsəd Suriyadan necə qaçıb? - Şok detallar AÇIQLANDI

Suriya Prezidenti Bəşər Əsədin ölkəsindən necə qaçması ilə bağlı bir sıra detallar açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" informasiya agentliyi anonim mənbələrə istinadən yazıb.

Nəşr yazır ki, Rusiya kəşfiyyatı Əsədi müxalifətə məğlub olduğuna inandırıb. Onun ölkədən qaçması Suriyadakı Rusiya aviabazasından təşkil edib. Bildirilir ki, Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib.

Əsədin təyyarəsinin izlənilməməsi üçün transponder söndürülüb. Mənbələr deyir ki, Əsədə ölkəni tərk etmək üçün təhlükəsiz yol təklif edilib.

Rusiya xarici işlər nazirinin müavini Ryabkov eks-prezidentin hazırda təhlükəsiz yerdə olduğunu açıqlayıb. 

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Əsəd Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra prezident postunu tərk etmək qərarına gəlib. Moskva danışıqlarda iştirak etməyib.

Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Əsədin Rusiyaya getməsini biabırçı qaçış adlandırıb. O, həmçinin prezidentin devrilməsinin səbəbləri kimi korrupsiyaya uğramış sistemin qeyri-populyarlığını, cəmiyyətdə və orduda dəstəyin olmamassı sadalayıb. Üsyançılar Suriyanın keçmiş liderinin tutulmasına görə 10 milyon dollar mükafat təklif ediblər.

Onu da qeyd edək ki, Rusiya hərbçiləri Suriyanın qərbindəki Tartusdakı Xmeymim aviabazasında və logistika mərkəzində yerləşdirilib. Moskva ilə Dəməşq arasında 49 il müddətinə imzalanan müvafiq razılaşmalar 2017-ci ildə əldə olunub.

Seçilən
37
20
redaktor.az

10Mənbələr