Xəbər verdiyimiz kimi, noyabrın 27-si Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar 12 gün ərzində bir çox şəhəri ələ keçirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu hadisələrdən sonra Bəşər Əsəd qaçaraq Rusiyaya sığınıb.
Rejim kəşfiyyatından Xalid Beyye Əsədin ölkəsini tərk edərkən özü ilə birlikdə 135 milyard dollar qaçırdığını bildirib.
Əsədin 135 milyard dollar qaçaqmalçılıq yolu ilə qaçırdığını açıqlayan Xalid Beyye, "Son payızdan əvvəl böyük bir qarşıdurma oldu. Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq səviyyəsi arasında böyük qarşıdurma yaşandı" sözlərini deyib.
Fidan
Milli.Az