ABŞ dövlət katibi Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Əfqanıstanla bağlı keçirilən sessiyada Suriyadakı son vəziyyəti dəyərləndirib.

İndex.az xəbər verir ki, Blinken Suriyadakı keçid prosesini yaxından izlədiklərini və ölkədə sabitliyin əldə olunacağına ümid etdiklərini qeyd edib.

“Səmimiyyətlə ümid edirəm ki, Suriya son bir neçə onilliyin fəlakətlərindən uzaqlaşaraq, ölkəni təşkil edən bütün müxtəlif icmaları əks etdirən bir millətə çevrilir ki, biz hamını əhatə edən və hər kəsi bir araya gətirən siyasi keçidə nail ola bilək. Suriyanın parçalanması heç kimin xeyrinə deyil. Əgər Suriya əks istiqamətdə getsə və parçalansa, daha çox kütləvi köç, terror və ekstremizmin mərkəzinə çevrilən bir bölgə görəcəyik. Bunların heç biri bizim marağımıza uyğun deyil.”, – Blinken deyib.