RU

Kaxa Kaladze : "Gürcüstan Avropaya inteqrasiya yolunda addımlar atacaq"

AzVision.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze videomüraciətində deyib. O, ölkə daxilində və xaricində müəyyən qüvvələrin xaos yaratmağa cəhd etdiklərini deyib.

"Mən sizə, ölkəmizin vətəndaşlarına müraciət etmək istəyirəm və demək istəyirəm ki, mütləq sülh, inkişaf olacaq və ölkəmizin Avropaya inteqrasiyası yolunda bütün addımlar atılacaq".

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də ölkəsinin Aİ-yə üzvlük danışıqlarının 2028-ci ilədək dayandırıldığını açıqlayıb. Bundan sonra başlayan aksiyalarda 400-dən çox etirazçı saxlanılıb.

AzVision.az

Избранный
42
13
azvision.az

10Источники