Bakı. Trend:
Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 28, əvvəlkidövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 128, ocümlədən, borclu şəxs qismində axtarışda olan 102 nəfərsaxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.