RU

Azərbaycanda ən yüksək və ən aşağı pensiya verilən bölgələrin siyahısı

Azərbaycanda ayrı-ayrı iqtisadi rayonlar üzrə pensiyaçıların sayı, eləcə də, ən yüksək və ən aşağı təyin olunmuş pensiyaların orta aylıq məbləği məlum olub.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilin oktyabrın 1-i vəziyyətinə Azərbaycanda pensiyaçıların və orta aylıq pensiya məbləğinin ən çox olduğu yer Bakı şəhəridir.

Belə ki, qeyd olunan dövr ərzində Bakıda pensiyaçıların sayı 385 505 nəfər, orta aylıq pensiya məbləği isə 675,07 manat olub.

Siyahıda ikinci pillədə 450,21 manat orta aylıq pensiya məbləği ilə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Naxçıvandan sonra ən yüksək pensiyanın verildiyi iqtisadi rayonlar arasında Abşeron-Xızı iqtisadi rayonu (413,95 manat) üçüncü, Gəncə-Daşkəsən iqtisadi rayonu (400,07 manat) isə dördüncüdür.

Siyahıda ilk beşliyi Şirvan-Salyan iqtisadi rayonu tutur. Belə ki, sözügedən rayonda təyin olunmuş pensiyaların orta aylıq məbləği 399,63 manatdır.

2024-cü il oktyabr ayının 1-i vəziyyətinə iqtisadi rayonlar üzrə pensiyaçıların sayı və təyin olunmuş pensiyaların orta aylıq məbləğini təqdim edirik:

İqtisadi rayonlar

Pensiyaçıların sayı, nəfər

Təyin olunmuş pensiyaların orta aylıq məbləği, manat

Bakı şəhəri

385505

675,07

Naxçıvan Muxtar Respublikası

46581

450,21

Abşeron-Xızı iqtisadi rayonu

56115

413,95

Gəncə-Daşkəsən iqtisadi rayonu

59779

400,07

Şirvan-Salyan iqtisadi rayonu

45189

399,63

Şərqi Zəngəzur iqtisadi rayonu

26557

395,24

Qazax-Tovuz iqtisadi rayonu

65561

392,91

Quba-Xaçmaz iqtisadi rayonu

48212

392,51

Dağlıq Şirvan iqtisadi rayonu

31011

389,66

Mərkəzi Aran iqtisadi rayonu

71813

389,12

Qarabağ iqtisadi rayonu

63143

388,23

Mil-Muğan iqtisadi rayonu

47560

385,74

Lənkəran-Astara iqtisadi rayonu

86063

383,60

Şəki-Zaqatala iqtisadi rayonu

65442

383,46

Qeyd edək ki, bu ilin oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,5 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,9 faiz artaraq, 493,9 manat təşkil edib və orta aylıq əməkhaqqının 49,7 faizinə bərabər olub.

Fuad Mədətov
Fins.az

Избранный
23
2
fins.az

3Источники