RU

Şahmar Mövsümov: Son 5 ildə xarici ticarət dövriyyəmiz 2 dəfədən çox artıb

Gömrük prosedurlarının sadələşdirilməsi və bürokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb. Son 5 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində deyib.

O bildirib ki, nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb. Xüsusi ilə Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb.

Избранный
14
19
ikisahil.az

10Источники