RU

Çində korrupsiyaya görə məmur edam edilib

Çin Kommunist Partiyasının Xux-Xoto iqtisadi və texnoloji inkişaf zonası üzrə işçi komitəsinin keçmiş katibi Li Jianpin korrupsiya cinayətinə görə edam edilib. Bu barədə Çin Mərkəzi Televiziyası (CTC) məlumat yayıb.

"Ali Xalq Məhkəməsinin qərarına əsasən, 2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan dairəsinin orta xalq məhkəməsi Li Jianpinin qanuna uyğun olaraq edamını həyata keçirib", - materialda deyilir.

Aydınlaşdırılır ki, Li Jianpin müxtəlif dövlət vəzifələrini tutarkən 199 milyon dollar məbləğində büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunub. Sabiq məmur həmçinin başqa şəxslərdən 80 milyon ABŞ dollarından artıq məbləğdə maliyyə və maddi sərvətlər alıb, həmçinin dövlət büdcəsinin 146 milyon dollardan artıq vəsaitini sui-istifadə edib.

Çin məhkəməsi Li Jianpinə 2022-ci ildə ölüm cəzası kəsib, lakin məhkum apellyasiya şikayəti verib. 2024-cü ilin avqustunda məhkəmə əvvəlki hökmü qüvvədə saxlayıb.

Almaz Həsənli

Избранный
24
2
oxumeni.az

3Источники