Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsindəki ilk oyununda İsveçlə heç-heçə edib.
"Far.Az"un məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu yığma Bakı İdman Sarayında reallaşan matçda 3:3 hesablı bərabərliyə razılaşıb.
Yığmamızın heyətində Oktay Rüstəmli (2,40) və Xəzər Ağalızadə (23) fərqlənib
Skandinaviyalılar qrupdakı ilk matçda Yunanıstana uduzublar - 1:4.
Qeyd edək ki, yığmamız V qrupdakı növbəti görüşünü gələn il yanvarın 31-də Xorvatiyaya qarşı keçirəcək.
Foto: Vüqar Xanlarov