RU

Rövşən Abdullaoğlu Antarktidada nələrlə üzləşdi? - "İnsan orada Allaha daha yaxın olur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-də Antarktida haqqında araşdırma materialı yayımlanıb.
Bildirilib ki, Antarktidanın kəşfi 1938-ci il dekabrın 17-də "Şvabiya" adlı alman ekspedisiyasının ora səyahəti ilə başlayıb. Bu ekspedisiya zamanı təxminən 620 min kvadratkilometr ərazini tədqiq etmək mümkün olub. Bu qitəyə səyahət etmək elə də asan deyil. Turist olaraq getmək üçün icazə almaq çox çətin başa gəlir.
Lakin Antarktidaya səyahət edən həmyerlilərimiz də var. Planetin ən soyuq qitəsinə səfərindən danışan yazıçı, filosof Rövşən Abdullaoğlunun sözlərinə görə, oranı həmişə qeyri-adi yer kimi təsəvvür edib: "Bu qitənin gizli saxlanılması, hər kəsin gedə bilməməsi diqqətimi çəkirdi. Düşünürdüm ki, Antarktidada nə var ki, bu qədər gizli saxlanılır?".
Diqqətə çatdırılıb ki, bu yaxınlarda Müqəddəs Georq adasında maraqlı görüntü ortaya çıxıb. Deyilənə görə, "Google Earth" proqramını açıb bu adanı axtararkən nəhəng mağaranın şəkli görünür. Maraqlıdır ki, bu sirli tapıntı vaxtaşırı yoxa çıxır.
O, ilk dəfə 2007-ci ildə "Google" xəritəsində öz əksini tapıb. Bu nəhəng mağara yenidən yox olur və bir neçə ildən sonra təkrar görünür. Bundan sonra o, növbəti dəfə yoxa çıxıb və 2022-ci ildə təkrar peyda olub. Alimlər bunu köhnə qarın əriməsi və yenisinin yağması ilə əlaqələndirirlər. 2004-cü il fevralın 16-da Antarktidada - Bellinshauzendə hündürlüyü 15 metr olan Müqəddəs Üçlük kilsəsi açılıb. Hətta 2016-cı il yanvarın 29-da Moskvanın və bütün Rusiyanın patriarxı Kiril bura səfər edib.
R.Abdullaoğlu bildirib ki, həmin kilsənin iki keşişi var ki, 6 aydan bir növbəli şəkildə fəaliyyət göstərirlər. "İnsan orada Allaha daha yaxın olur. Çünki vətənindən, maddi nemətlərdən uzaqsan, buna görə də psixoloji problemlərin daha çox olur", - deyə yazıçı əlavə edib.
Ətraflı süjetdə:
Избранный
12
50
oxu.az

10Источники