RU

Zelenski: “Müharibəni “dondurmaq” niyyətində deyilik”

“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynadakı müharibəni tez bitirmək istəyir, lakin Kiyev danışıqlar naminə hərbi əməliyyatları “təslim etmək” və “dondurmaq” niyyətində deyil”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Tramp mənim Ukraynanın ziyanına heç bir yerə tələsməmək istəyimi bilir. Ölkə uzun müddətdir ki, öz suverenliyi uğrunda mübarizə aparır. Nə qədər prezident və ya baş nazir müharibənin bitdiyini elan etmək istəsə də, biz sadəcə olaraq öz müstəqilliyimizdən əl çəkib imtina etməyəcəyik”, - deyə Zelenski “Le Parisien”-ə bildirib. Onun sözlərinə görə, müharibənin “dondurulması” və Rusiya ilə tez razılaşmalar təhlükəsi var.

Zelenski onu da qeyd edib ki, Tramp hələlik müharibə ilə bağlı bütün lazımi məlumatlara, xüsusən də kəşfiyyat məlumatlarına, Pentaqona və bəzi diplomatik kanallara çıxış əldə edə bilmir. “O, Ağ Evdə olanda biz eyni dildə, eyni səviyyədə məlumatla danışa biləcəyik”, - deyə Ukrayna Prezidenti bildirib. Eyni zamanda, Zelenski Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-də baş verəcək dəyişikliklərin Ukraynanın xeyrinə olacağına ümid etdiyini bildirib. “Biz yeni administrasiya ilə əlaqələr quracağıq, bu, bizim prioritetimiz olacaq. Birləşmiş Ştatlar bu müharibədə bizim aparıcı donorumuz olub və olaraq qalır”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Избранный
5
6
cebheinfo.az

5Источники