RU

Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti Türkiyədə səfərdə olub



Azərbaycan Respublikası Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin məsafədən audit və böyük verilənlərin (big data) təhlili təcrübəsinin öyrənilməsi məqsədilə 16-17 dekabr tarixlərində Türkiyənin Ankara şəhərinə səfər edib.

Newscenter.az Palataya istinadən bildirir ki, səfər çərçivəsində Türkiyə Sayıştayının informasiya sistemlərinin (BVAS və VERA) təqdimatları edilib.

Bildirilib ki, audit portfelinə daxil olan qurumların 90%-dən çoxunun maliyyə məlumatları bu sistemlər vasitəsilə Sayıştaya daxil olur və 500-ə yaxın ssenari vasitəsilə emal edilir. Böyük verilənlərin hazırkı tarixə xüsusilə maliyyə auditi üçün əhatəli və güclü baza formalaşdırdığını qeyd edən həmkar ali audit orqanının (AAO) nümayəndələri bu sistemlərin müxtəlif dövlət orqanlarından, o cümlədən Maliyyə və Xəzinə Nazirliyinin mərkəzi büdcə üzrə vahid mühasibatlıq sistemindən məlumat alma imkanlarının olmasının aidiyyəti fəaliyyətə töhfə verməsindən bəhs ediblər.

Daha sonra Hesablama Palatasının nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin prezidenti Mətin Yenərlə görüşüb. Görüşdə qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin inkişafının davam etdirilməsinin zəruriliyi bildirilib, Türkiyə və Azərbaycan ali audit orqanlarının gələcək birgə fəaliyyətlərindən danışılıb.

Süleyman
Избранный
5
7
newscenter.az

8Источники