RU

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın iclası keçiriləcək - Paşinyanın müavini

Yaxın günlərdə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın növbəti iclası baş tutacaq.

Olaylar Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib.

O, açıqlamasında Ermənistanın Azərbaycana sülh sazişi ilə bağlı yeni təkliflər təqdim etdiyini, lakin rəsmi cavab alınmadan bu təkliflərin detalları haqqında danışmağı məqsədəuyğun hesab etmədiyini qeyd edib.

M.Qriqoryan tərəflər arasındakı görüşlərdən sonra ictimaiyyətə onların nəticələri ilə bağlı informasiyanın çatdırıldığını xatırladıb.

"Bundan artıq heç nə deyə bilmirəm, çünki bizim aramızda müvafiq razılaşma var. Yalnız onu deyə bilərəm ki, bu razılaşmaya əməl edirik və bu, çox yaxşıdır. Mən düşünürəm ki, yaxın vaxtlarda növbəti görüş baş tutacaq.

Lakin onun vaxtı ilə bağlı heç nə deyə bilmərəm. Sualınıza da ona görə cavab verirəm ki, prosesin dayandığını düşünməyəsiniz. Bu proses davam edir. Bizim aramızda razılaşma var idi ki, reqlament qüvvəyə mindikdən sonra görüşüb birgə fəaliyyəti davam etdirək.

Eyni zamanda, regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqların getdiyini də deyə bilməyəcəyəm. Sadəcə onu söyləyə bilərəm ki, qarşı tərəfə təqdim etdiyimiz təkliflərə cavab gözləyirik", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
7
olaylar.az

8Источники