RU

Ötən illə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı faktlar azalıb

Ötən
Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 1209, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 321, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 798, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 66, digər növ cinayət faktların sayı 24, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 31 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 315 kq 383,968 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 1073 nəfər azalıb. 1news.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Qeyd edilib ki, bununla yanaşı, qrup halında olan cinayətlərin sayı 7 fakt artıb. "2023-cü ilin 11 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 362 kq 590,155 qr (72,2%), tiryəkin çəkisi 100 kq 304,898 qr (37,8%), həşişin çəkisi 14 kq 607,199 qr (27,3%), kokainin çəkisi 750,831 qr (100%), psixotrop maddələrin çəkisi 202 kq 566,206 qr (49,7%) azalmışdır.

Təhlil göstərir ki, qeyd olunan xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirilib", - deyə bildirilib.

Избранный
5
1
1news.az

2Источники