RU

Təmin olunmuş müraciətlərin sayında 68% artıb

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 341 istehlakçı müraciəti təmin olunub.

Bu barədə Fins.az Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlardan 217-si rabitə, 34-ü qaz təchizatı, 32-si elektrik enerjisi, 26-sı içməli su, 13-ü hava yolu nəqliyyatı, 4-ü kanalizasiya, 4-ü dəmiryol nəqliyyatı, 3-ü istilik enerjisi, 2-si suvarma, 6-sı isə digər sahələrdə olub.

Qeyd olunub ki, ümumilikdə isə təmin olunmuş müraciətlərin sayında ötən ilin müvafiq dövrünə nəzərən 68% artım qeydə alınıb.

Fuad Mədətov
Fins.az

Избранный
5
4
fins.az

5Источники