RU

Azərbaycanın 3 idmançısı dopinqə görə cəzalandırıldı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 3 idmançını diskvalifikasiya edib.

Publika.az AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, pauerliftinqçi Rövşən Xəlilov və ağırlıqqaldıran Günel Vəliyeva 48, taekvondoçu Səidə Əliyeva isə 24 ay müddətinə idmandan kənarlaşdırılıb.

Buna həmin idmançıların nümunələrində qadağan edilmiş maddə aşkarlanması səbəb olub.

Xəlilovun sanksiyasının müddəti 2025-ci il noyabrın 18-də başa çatacaq. Vəliyevanın cəzasının müddəti 2027-ci il sentyabrın 9-da, S.Əliyeva üçün diskvalifikasiya müddəti 2026-cı il fevralın 16-da bitəcək.

Избранный
6
3
publika.az

5Источники