RU

2021-ci ildə kamikadze Roma Papasını öldürmək istəyib

Papa I Fransisk bildirib ki, İraqa səfəri zamanı ona qarşı sui-qəsd planının qarşısı Britaniya kəşfiyyatının xəbərindən sonra alınıb.

Herbiand.az bildirir ki, bu barədə Papanın nəşrə hazırlanan avtobioqrafiyasında yazılıb.

Roma Papası yazır ki, 2021-ci ilin martında Bağdada endikdən sonra çıxışı planlaşdırılan tədbirdə terrorçu-kamikadzelərin onu öldürməyi planlaşdırdığı barədə məlumat alıblar.

İtaliyanın “Corriere della Sera” qəzetinin yaydığı məlumatlara görə, hər iki şəxs tutulub və öldürülüb.

Öz tərcümeyi-halında Papa deyib ki, “demək olar ki, hamı mənə səfərdən imtina etməyi məsləhət görüb”, lakin o “bunu etmək məcburiyyətində olduğunu” hiss edib.

Onun sözlərinə görə, sui-qəsdi Britaniya kəşfiyyatı aşkarlayıb və İraq polisini xəbərdar edib. Polis isə Papa yerə enən kimi mühafizəçilərinə bu məlumatı çatdırıb.

“Gənc qadın, üzərində partlayıcı olan kamikadze papanın ziyarəti zamanı özünü partlatmaq üçün Mosula gedirmiş”, - o deyib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
3
1
herbiand.az

2Источники