Qahirədə keçirilən D8 sammitində Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı qərar qəbul edilə bilər.
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu barədə diplomatik mənbələr danışıb.
Yaxın saatlarda belə qərarın veriləcəyi gözlənilir.
D8 1996-cı ildə İstanbulda Türkiyənin təşəbbüsü ilə yaradılmış iqtisadi təşkilatdır. Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan təşkilatın üzvləridir.
Telegram kanalımız