Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə tüstüdən zəhərlənənlərin sayı 71-ə çatıb.
*****
“Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib: “Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb”.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub.