RU

Putin: "İsrailin hərəkətlərini pisləyirik"

Rusiya prezidenti Vladimir Putin İsrailin Qəzza zolağında hansı məqsədlər güddüyünü bilmədiyini, lakin onun hərəkətlərinin pisləndiyini bildirib.

 

"Cebheinfo.az" xəbər verir ki, Moskvada keçirilən mətbuat konfransı zamanı o deyib:

"İsrailin Qəzza zolağında hansı son məqsədləri güddüyünü bilmirəm, lakin bu, yalnız qınamağa layiqdir və biz bunu ictimaiyyətdən, BMT Təhlükəsizlik Şurasından başlayaraq, demək olar ki, bütün səviyyələrdə dəfələrlə etmişik".

Dövlət başçısı qeyd edib ki, eyni şey İsrailin Livana qarşı hərəkətlərinə də aiddir.

Rusiya prezidenti ümumilikdə Fələstin-İsrail münaqişəsinə toxunaraq deyib:

“Biz həmişə buna inanmışıq və indi də hesab edirik ki, Fələstin problemi yalnız onun baş vermə səbəbini aradan qaldırmaqla həll edilə bilər”.

Putin xatırladıb ki, bir vaxtlar BMT Təhlükəsizlik Şurası iki dövlətin – İsrail və Fələstin yaradılması barədə qərar qəbul edib:

"İsrail yaradılıb, Fələstin hələ yaradılmayıb - bütün problem bundan ibarətdir ki, İsrail tərəfindən qeyri-qanuni məskunlaşma fəaliyyətləri davam edir".

"Cebheinfo.az"

Избранный
14
50
cebheinfo.az

10Источники