RU

Ərdoğan: "Qardaş Azərbaycana, “Xoş gəlmisiniz” demək istərdim"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın səkkiz inkişaf etməkdə olan ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv olmaq qərarını alqışlayıb.

Publika.az xəbər verir ki, Türkiyə dövlətinin başçısı Qahirədə keçirilən D-8-in 11-ci sammitinin iştirakçıları qarşısında çıxış edərək “Azərbaycanın son illərdə atdığı mühüm addımlara” diqqət yönəldib.

“Azərbaycanın qəbulu ilə təşkilatımız bu gün dünənkindən daha güclüdür. Qardaş Azərbaycana, D-8 ailəsinə “Xoş gəlmisiniz” demək istərdim”, - deyə Türkiyə Prezidenti bildirib.

O qeyd edib ki, təşkilatın sıralarının genişlənməsi ilə bağlı D-8-in dünyada təsiri yayılır. D-8-in dünyada nüfuzu təşkilatın sıralarının genişlənməsi hesabına baş verir.

Избранный
15
8
publika.az

10Источники