RU

Elxan Şahinoğlu: Yaxşı ki, reallıqlar başqadır

 "Əks halda Kreml Azərbaycanın da Qarabağ üzərində suverenliyinin bərpasına mane olardı"

“Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təmasdayıq, Yaxın Şərq məsələsini müzakirə edirik”. Bunu ənənəvi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin söyləyib. Putin deyib ki, Türkiyənin Yaxın Şərqlə bağlı mövqeyi bizə, bizim mövqeyimiz də onlara məlumdur: "Bu məsələ BMT-nin “iki dövlət” prinsipi əsasında həll olunmalıdır. 

İsrail dövləti yaradılıb, Fələstin dövləti isə faktiki olaraq yox. Həmin məsələnin yeganə həll yolu məhz bundan keçir". Rusiya dövlət başçısı bildirib ki, Türkiyənin PKK ilə uzun onilliklər tarixi olan problemi mövcuddur: "Ümid edirəm ki, Türkiyədə PKK ilə bağlı vəziyyət gərginləşməyəcək". "Ərdoğanla daimi təmasdayıq. Biz əlbəttə ki, Yaxın Şərqdəki, Livan, Suriyadakı vəziyyəti müzakirə etmişik. Ərdoğanın Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi yaxşı məlumdur. Bizim də mövqeyimiz hər kəsə məlumdur. Türkiyə öz təhlükəsizlik problemlərini həll etməlidir. Biz beynəlxalq hüququn tərəfdarıyıq, o cümlədən Suriya məsələsində. Rusiya Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır və bu məsələdə Suriyanın yeni hakimiyyət orqanlarının tərəfindədir. Rusiya Suriyanın istənilən ərazisinin ələ keçirilməsini pisləyir". 
Kreml rəhbəri deyib ki, Rusiya İranın 4 min hərbçisini Suriyadan çıxararaq Tehrana aparıb. Putinin sözlərinə görə, hərbçilərin çıxarılması xahişi ilə Rusiyaya İran tərəfi müraciət edib:

 “İran hakimiyyətinin xahişi ilə Rusiya 4 min iranlı hərbçini Suriyadan çıxarıb. Hərbçilər Hmeymim bazasından Tehrana aparılıb. Əgər əvvəl bizim iranlı dostlarımız bölmələrini Suriya ərazisinə aparmağımızı xahiş etmişdilərsə, bu dəfə həmin bölmələrin Suriyadan çıxarılmasını xahiş etdilər ”. Putin onu da əlavə edib ki, iranyönümlü qüvvələrin bir hissəsi Suriyanı döyüşsüz tərk edərək Livan, bir hissəsi isə İraq ərazisinə keçib. Rusiya prezidenti bildirib ki, Suriyadakı hadisələrin əsas benefisiarı İsraildir. "Rusiya İsrailin Suriya ərazisini nəzarətə götürməsini qınayır. Ümid edirik ki, İsrail Suriyadan nə vaxtsa çıxacaq. Lakin İsrail isə Suriyaya əlavə qoşun yeridir. Məndə elə təəssürat yaranır ki, İsrail Suriyadan çıxmağa hazırlaşmır, həmişəlik orada qalmağa hazırlaşır".

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Suriya ilə bağlı sualına cavabında iki məqam diqqətini çəkib. Ekspert vurğulayıb ki, Putin Suriya hadisələrindən qazanan əsas ölkənin Türkiyə deyil, İsrail olduğunu söyləyib:

 "Putin sözlərinə onu da əlavə etdi ki, İsrail ordusunun Suriya ərazisində ələ keçirdiyi ərazilərdəki insanlar guya İsrailə birləşmək barədə müraciətlər ediblər. Putin sanki bununla İsrailə haqq qazandırırdı. Putin hətta “İsrail çətin ki, həmin əraziləri tərk etsin” cümləsini də işlətdi. Putinin suala cavabında ikinci məqam PKK terrorçu təşkilatı ilə bağlıdır. Rusiya prezidenti PKK barədə danışarkən, əvvəla, terrorçu ifadəsi işlətmədi. Əksinə, “kürdlər döyüşkən millətdir” ifadəsini səsləndirdi. Putin Türkiyənin Suriya ərazisində təhlükəsizlik maraqlarının olduğunu birdirməklə yanaşı, kürdlərin özlərinin dövlət istəyini bu sözlərlə xatırlatdı: “Birinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq 30 milyonluq kürdlərin dövləti olmalıydı”. Putinin bu sözlərindən belə bir təəssürat yarandı ki, o özü daxilən kürd dövlətinin varlığını istəyir, ancaq reallıq fərqlidir. Yaxşı ki, reallıq fərqlidir, əks halda Kreml Azərbaycana da Qarabağ üzərində suverenliyinin bərpasına mane olardı..".



Избранный
37
50
sherg.az

10Источники