RU

Türkiyənin Türkmənistana tekstil məhsulları ixracı 4,9 faiz azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Türkmənistana tekstil məhsulları ixracı 11 milyon 718 min 69 dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalma deməkdir.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Noyabr ayında isə Türkiyə Türkmənistana 1 milyon 41 min 66 dollar dəyərində tekstil məhsulu ixrac edib ki, bu da keçən ilin noyabr ayına nisbətən 6,9 faiz artım göstərir.

Türkiyənin ümumi tekstil ixracı isə 2024-cü ilin yanvar-noyabr dövründə 8,7 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalıb. Noyabr ayında tekstil ixracı 856 milyon dollar təşkil edib və bu göstərici keçən ilin noyabr ayına nisbətən 6,8 faiz çoxdur.

Son 12 ayda (noyabr 2023-noyabr 2024) Türkiyə ümumilikdə 9 milyard 478 milyon dollar dəyərində tekstil məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az

Избранный
9
4
fins.az

10Источники