RU

Ərdoğan Pezeşkianla görüşdü

“Türkiyə Suriyanı terrorun olmadığı ölkə kimi görmək istəyir”.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə keçirilən D-8 sammiti çərçivəsində İran İslam Respublikası Prezidenti Məsud Pezeşkianla görüşündə bildirib.

Məlumata görə, Ərdoğan Pezeşkianla görüşündə ikitərəfli münasibətlərlə yanaşı bir sıra regional məsələləri və qlobal məkanda cərəyan edən prosesləri müzakirə edib.

Ərdoğan Türkiyə ilə İran arasında münasibətlərin möhkəmlənməsinin regional sabitlik üçün önəmli olduğunu və ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılmasının vacibliyini vurğulayıb.

Türkiyənin dövlət rəhbəri ikitərəfli münasibətlərdə dərin əməkdaşlığa ehtiyac olduğunu da nəzərə çatdırıb.

Suriya məsələsinə gəlincə, Ərdoğan terrorun olmadığı, ölkəmizə sığınan qaçqınların könüllü qayıtdığı və ləyaqətlə yaşadığı ölkə kimi görmək istədiyini bildirib.

“Biz, regional və beynəlxalq aktorları Suriyanın yenidən qurulmasına çağırırıq”, -deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən İnkişaf edən Səkkiz Ölkə (D-8) Təşkilatının 11-ci Sammiti keçirilib.

Belə ki, D-8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədir. Misir gələn ilin sonunadək D-8-ə sədrlik edəcək.

Hazırda Azərbaycan da bu təşkilata üzv olub.

Избранный
15
50
cebheinfo.az

10Источники