RU

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

Berlin, 21 dekabr, AZƏRTAC

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində Milad yarmarkasında sürətlə idarə etdiyi avtomobili izdihamın üzərinə sürən şəxsin həkim olduğu açıqlanıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanından olan 50 yaşlı şəxsin 2006-cı ildən Almaniyada yaşadığı və Bernburq şəhərində həkim işlədiyi müəyyən edilib.

Hazırda Maqdeburq şəhərində geniş təhlükəsizlik tədbirləri görülüb. Hadisə yerinə 150-dək xüsusi təyinatlı cəlb olunub, təhqiqat aparılır.

Maqdeburq polisinin X sosial şəbəkəsindəki açıqlamasına görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər həlak olub. Ölənlərdən birinin uşaq olduğu bildirilir. Xəsarət alan 68 nəfərdən 15-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə ilə əlaqədar Federal Kansler Olaf Şolts və daxili işlər naziri Nansi Fezerin Maqdeburq şəhərinə səfəri planlaşdırılır.

Xatırladaq ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.

01:00

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində ölənlər var.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 80-dək insan xəsarət alıb. Onların arasında vəziyyəti ağır olanlar da var.

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin Səudiyyə Ərəbistanından olduğunu açıqlayıb. Avtomobilin yarmarkanın ərazisində 400 metr məsafə qət etdiyi bildirilir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok X sosial şəbəkəsindəki hesablarında hücumla bağlı paylaşımlar ediblər.

Xatırladaq ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.

00:03

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb. Maqdeburq polisi hücum nəticəsində ən azı bir nəfərin öldüyünü bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.

Hadisə yerli vaxtla saat 19:04-də baş verib. Naməlum şəxs yüksək sürətlə idarə etdiyi BMW markalı avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürüb. Avtomobili idarə edən şəxs saxlanılsa da, onun şəxsiyyəti hələ açıqlanmayıb.

Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.

Hazırda təhlükəsizlik qüvvələri hadisə yerində təhqiqat aparırlar. Xəsarət alanların xəstəxanaya yerləşdirilməsi üçün Maqdeburqdan 80 kilometr məsafədəki Halle şəhərində lazımi tədbirlər görülüb.

Xatırladaq ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
10
8
azertag.az

10Источники