RU

Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ qeydə alınıb - YENİLƏNİB - 2

Azərbaycan-Ermənistan sərhədində daha iki zəlzələ qeydə alınıb.

"Far.Az" xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

04:13

Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verib.

Bu barədə "Far.Az"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

Əsas təkanlardan sonra 3.0 və 3.8 maqnitudalı afteşoklar qeydə alınıb.

03:31

Dekabrın 21-də yerli vaxtla saat 03:01-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.

“Far.Az” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Zəlzələnin maqnitudası 4,6 bal olub.

Kələbəcər şəhərindən 25 km cənubda baş verən yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

Избранный
6
16
far.az

10Источники