Azərbaycan-Ermənistan sərhədində daha iki zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
***
Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verib.
Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub. Əsas təkanlardan sonra 3.0 və 3.8 maqnitudalı afteşoklar qeydə alınıb.