RU

Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi

ABŞ Dövlət Departamenti Həyat Təhrir əş-Şam (HTŞ) terror qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani haqqında məlumat verənlər üçün təklif olunan 10 milyon dollarlıq mükafatın ləğv edildiyini elan edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Barbara Lif məlumat verib.

Suriyada keçid hökumətinin qurulması ilə bağlı danışıqlar aparmaq üçün Dəməşqə göndərilən ABŞ nümayəndə heyətinə rəhbərlik edən Lif, bu qərarın əl-Culaniyə şəxsən bildirildiyini qeyd edib.

Onun sözlərinə görə, Suriyadakı danışıqlar zamanı terrorçu qrupların ölkə daxilində və xaricində, o cümlədən ABŞ və onun regional müttəfiqləri üçün təhlükə yaratmaması məsələsi müzakirə olunub. Lif qeyd edib ki, Culani bu təhlükələrin qarşısını almaq üçün öhdəlik götürdüyünü bəyan edib.

Избранный
4
2
publika.az

8Источники