AZ

ABŞ Culaninin başına qoyulan 10 milyon mükafatı ləğv etdi

ABŞ Suriyada hakimiyyətə gələn “Heyət Təhrir əş-Şam”ın (HTŞ) lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) haqqında məlumat üçün təyin edilən 10 milyon dollar pul mükafatını ləğv edib.

Bu barədə ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif Suriyaya səfərindən sonra onlayn brifinqdə bildirib.

“Bu, siyasi qərardır. Əgər mən HTŞ lideri ilə oturub ABŞ-nin, Suriyanın, bəlkə də regionun maraqları barədə uzun və ətraflı müzakirə aparıramsa, o zaman bunun uyğunsuz olduğunu söyləmək kifayətdir. Zamanla HTŞ ilə müzakirə etmək istədiyimiz bir sıra məsələlər var”, – o deyib.

Onun sözlərinə görə, Suriyadakı danışıqlar zamanı terrorçu qrupların ölkə daxilində və xaricində, o cümlədən ABŞ və onun regional müttəfiqləri üçün təhlükə yaratmaması məsələsi müzakirə olunub. Lif qeyd edib ki, Culani bu təhlükələrin qarşısını almaq üçün öhdəlik götürdüyünü bəyan edib.

Seçilən
63
30
azpost.info

10Mənbələr