AZ

Əl-Cəzirə: Suriyanın yeni hökuməti ABŞ-ı sanksiyaları ləğv etməyə çağırıb

Hərbi əməliyyatlar ali komandanlığının təmsil etdiyi Suriyanın yeni hakimiyyət orqanları ABŞ hökumətini ərəb ölkəsinə qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb.

“Far.Az” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Dekabrın 20-də Suriyanın paytaxtına ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif və ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens də səfər edib.

“Amerika nümayəndə heyətini Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırdıq. Biz ABŞ nümayəndə heyətinə Suriya xalqına müharibə və münaqişə bəlasından bir az ara vermək imkanının verilməsinin vacibliyini izah etdik. Suriya xalqının regionun xaosdan və xarici müdaxilədən xilas edilməsinə, Bəşər Əsəd rejimindən qurtulmasına töhfə verdik. Biz Amerika nümayəndə heyətinə müharibə cinayətkarlarını və keçmiş rejimin simvollarını mühakimə etməklə ədalətə nail olmağın vacibliyini bildirdik”, - komandanlığın məlumatda deyilir.

phrase_var_article.chosen
36
30
far.az

10phrase_var_article.sources