AZ

Əl-Cəzirə: Suriyanın yeni hökuməti ABŞ-ni sanksiyaları ləğv etməyə çağırıb

Suriyanın yeni keçid hökuməti ABŞ hakimiyyətini Suriyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, dekabrın 20-də ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif və ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens Suriyaya səfər edib.

Biz A nümayəndə heyətini Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırdıq. Nümayəndə heyətinə Suriya xalqına müharibələr və münaqişələr bəlasından bir az dincəlmək imkanının verilməsinin vacibliyini izah etdik. Daha sonra Suriya xalqının Əsəd rejimindən qurtulmaqla regionun xaosdan xilas edilməsinə töhfə verdiyini vurğuladıq”, - deyə keçid hökumətinin rəsmisi telekanala müsahibəsində bildirib.

phrase_var_article.chosen
39
30
apa.az

10phrase_var_article.sources