RU

Avropa İttifaqı və NATO Almaniyada Milad yarmarkasında törədilən hücuma reaksiya verdi

Avropa İttifaqı (Aİ) və NATO Almaniyada Milad yarmarkasında törədilən hücuma reaksiya verərək, rəsmi Berlinlə həmrəy olduqlarını bildiriblər.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen rəsmi internet səhifəsində hadisə ilə bağlı etdiyi paylaşımda bildirib ki, hadisə araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.

NATO-nun baş katibi Mark Rutte də başsağlığı verərək Almaniyanın yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində naməlum bir şəxs idarə etdiyi avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürub. Hadisə nəticəsində ilkin məlumatlara görə 2 nəfər ölüb, 60-dan çox adam da yaralanıb.



Избранный
14
44
trt.net.tr

10Источники